Elektrik təchizatı sistemləri

Sənaye obyektlərinin və şəxsi evlərin enerji təchizatı və enerjiyə qənaət sistemləri
  • Transformator yarımstansiyaları
  • Fasiləsiz qidalanma sistemləri

Şirkətimizin peşəkar mütəxəssislərinin sizə təqdim etdiyi xidmətlərə müxtəlif enerji təchizatı sistemlərinin layihələndirilməsi, montajı və istismara verilməsi, həmçinin daxili enerji təchizatı üzrə tam kompleks layihə, montaj və işə salma-sazlama işlərinin yerinə yetirilməsi, bina və qurğuların meydançadankənar və meydançadaxili enerji təchizatı şəbəkələrinin layihələndirilməsi və montajı, komplekt transformator yarımstansiyalarının (KTY) montajı və sazlanması, enerji təchizatını paylayıcı şəbəkələrin layihələndirilməsi və montajı üzrə işləri misal göstərmək olar.

"Mühəndislik sistemləri" şirkəti istənilən mürəkkəblikdə daxili enerji təchizatı şəbəkələrinin (daxili elektrik şəbəkələrinin) layihələndirilməsi və montajı ilə gücləndirilmiş rejimdə məşğul olur. Binaların memarlıq xüsusiyyətlərini və sifarişçinin arzu və istəklərini də nəzərə alaraq fərdi layihələri işləyib uğurla yekunlaşdırılır. Dövlət standartına, eyni zamanda tikinti norma və qaydalarına uyğun olaraq işlənən daxili enerji təchizatı üzrə bütün layihələr müştərilərə təhvil verilir.

Daxili Enerji təchizatının gələcəkdə fasiləsiz (həddindən artıq yüklənmədən və s.) işləməsinin əsasını paylayıcı şəbəkələr (paylaşdırıcı elektrik şəbəkələri) düzgün layihələndirilməsi və montajı təşkil edir. Komplekt transformator yarımstansiyaları (KTY) və elektrik enerjisinin qəbulu və paylaşdırılması üçün paylaşdırıcı qurğular (su-paylaşdırıcı qurğular SPQ, qapalı paylaşdırıcı qurğular (QPQ) şəbəkənin başlıca elementlərindəndir.

Sifarişçinin bütün struktur bölmələrinin mərkəzləşdirilmiş kompleks enerji təchizatının həyata keçirilməsi müddətində ən əhəmiyyərli yeri bina və qurğuların meydançadankənar və meydançadaxili enerji təchizatı şəbəkələrinin layihələndirilməsi və montajı tutur.

"Mühəndislik sistemləri" şirkətinin peşəkar kollektivinin fəaliyyətinin əsasını dünyanın aparıcı istehsalçılarının avadanlığı əsasında formalaşan istənilən mürəkkəblikdə enerji təchizatı şəbəkələrinin layihələndirilməsi, montajı və sınağı üzrə işlər təşkil edir.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.